METBUAT.AZ

Hadisə

Əhməd Əhmədov cəzadan azad edilə bilər

14 Fevral 2024 12:45

Ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov cəzadan azad edilə bilər.

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan vəkillər kollegiyasının rəyasət heyyətinin üzvü hüquqşunas Vüqar Babayev deyib.

O bildirib ki, təqsirləndirilən şəxs Məhkəmə Tibbi Psixiatirik ekspertisiziyasından keçiriləndən sonra onun anlaqlı olub olmamağı müəyyən ediləcək:

“Müəyyən olunsa ki , şəxs cinayəti törədərkən anlaqsız, yəni törətdiyi ictimai təhlükəli əməlin ictimai təhlükəliliyini dərk etməyib o zaman şəxsin barəsində sağalana qədər məcburi müalicə təyin oluna bilər. Adətən belə xüsusi amansızlıqla cinayət törətmiş şəxslər barəsində məcburi psixiatriya xəstəxanasına müşahidə altında məcburi qaydada yerləşdirilir”.

Hüquqşunas bildirib ki, törətdiyi cinayət əməlində iki və daha artıq şəxsi qəsdən öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə və digər motivlərdə müəyyən edilərsə ona uyğunda ittihamlar verilə bilər.

“Əgər şəxs cinayəti anlaqlı vəziyyətdə törədibsə, o zaman onu ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Yox əgər cinayəti anlaqsız vəziyəətdə törədibsə, sağalana qədər psixiatrik xəstəxanada müalicə olunur. Sağalandan sonra isə cinayət məsuliyyətinə cəlb edilmir. Ona görəki, şəxs cinayəti törətdikdə anlıaqsız olub”.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.