METBUAT.AZ

Gündəm

Əhmədin daha əvvəl bıçaqladığı idmançının görüntüləri -

15 Fevral 2024 15:17

Xəbər verdiyimiz kimi, "Space TV"nin efirində Amil Xəlilin aparıcılığı ilə yayımlanan "Gəl danış" verilişində ailəsini amansızlıqla qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir şok fakt ortaya çıxıb.

Metbuat.az musavat.com-a istinadən bildirir ki, verilişə zəng edən Aynur adlı qadın iddia edib ki, Əhməd Əhmədov 15 yaşı olanda onun oğlu Ramin Cəfərova 18 bıçaq zərbəsi vurub.

O, qeyd edib ki, Əhməd çox qısqanc uşaq olub. Ətrafında kiminsə uğur qazanmasını, ondan irəli getməsini istəməyib. Xanımın iddiasına görə, Əhməd onun oğlunu da idmanda ondan öndə olduğu üçün vurub. Aynur xanım bildirib ki, oğlu sağ olsa da, 18 bıçaq zərbəsindən sonra əlil qalıb və idmanla məşğul ola bilməyib.

Musavat.com-un araşdırması nəticəsində Əhmədin bıçaqladığı şəxslə bağlı bir sıra məlumat da əldə etdik. Əldə etdiyimiz məlumata görə hadisə Xətai rayonu ərazisində baş verib. Əhməd Əhmədov onu meşəyə aparıb, öncə "beşbarmaq"la vurub, daha sonra isə bıçaqlayıb.

Həmin zaman Polis İdarəsindən mətbuata verilən məlumatda deyililr ki, rayon sakini, 1999-cu il təvəllüdlü Ramin Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin Əhməd Əhmədov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağla Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Sonradan isə bu xəbər bir sıra saytlardan silinib.

Musavat.com Əhmədin bıçaqladığı Ramin Cəfərovun görüntülərini əldə edib. Həmin görüntüləri təqdim edirik:



metbuat.az.