19 Fevral 2024 14:30
"Biz varlı görəndə ona düşmən gözüylə baxırıq. Rəhmətliyin taksiyə buraxdığı 20-dən çox maşını, restoranları, Moskvada böyük biznes sistemi, həmin yaşadığı binada çoxlu evləri var idi. Direktor işləyən xanımın da yəqin ki, nələrisə var".
Metbuat.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri Space TV telekanalında yayımlanan "Gəl Danış" verilişində qətldə şübhəli bilinən Əhməd Əhmədovun qohumları deyib.
Verilişin aparıcısı Amil Xəlil isə sözlərə qarşılıq "Bizim də müəllim qohumlarımız var da, onların niyə ən azından heç bir sot torpaqları yoxdur? Bir evləri yoxdur?" deyib.
Həmçinin verilişdə illər öncəki hadisədən, yəni Əhməd 15 yaşında olarkən baş verənlərdən söhbət düşüb.
Verilişdə Əhmədin qohumları və aparıcı Amil Xəlil arasında mübahisə get-gedə şiddətlənib.
Daha ətraflı videosüjeti təqdim edirik: