METBUAT.AZ

Sağlamlıq

​“Elektron Resept”ə yazılan dərmanları belə almaq mümkün olacaq -

29 Fevral 2024 12:08

“Elektron Resept” sistemi vasitəsilə yazılan dərman vasitələrini vətəndaşlar QR kod ilə ala biləcəklər”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev nazirliyin saytına müsahibə edib

“Həkim müayinəsi və ya tibbi konsultasiyadan sonra vətəndaşlara elektron resept vasitəsilə təyin edilən dərman vasitələrini ölkəmizdə fəaliyyət göstərən istənilən aptek təşkilatından əldə etmək olar. Bunun üçün elektron reseptin qeydiyyat nömrəsini və ya elektron reseptin üzərindəki QR kodu əczaçıya təqdim etmək lazımdır. Elektron resepti əczaçıya istər pasiyentin özü, istərsə də elektron reseptini həvalə etdiyi şəxs təqdim edə bilər”.

Səid Fərzullayev qeyd edib ki, vətəndaşlarımız “Reseptim” mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə biləcək.


metbuat.az.