METBUAT.AZ

Ölkə

Elşən Mahmudova yüksək vəzifə verildi -

23 Fevral 2024 16:13

Mərkəzi Bankın sabiq departament direktoruna yeni vəzifə verilib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Mahmudov Elşən Mahmud oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə müşavir təyin edilib.

Qeyd edək ki, Elşən Mahmudov bir neçə ay əvvəl Mərkəzi Bakın Nağd Pul Departamentinin direktoru vəzifəsindən azad edilib. O, Elmar Rüstəmovun Mərkəzi Bank sədri olduğu vaxt 15 il - 2008-ci ildən 2023-cü ilə kimi müxtəlif vəzifələrdə çalışıb, həmçinin Bankın Sumqayıt Ehtiyat Mərkəzinin direktoru vəzifəsini tutub.

Elşən Mahmudov Mərkəzi Bankda çalışdığı müddət ərzində Elman Rüstəmovun adamı kimi tanınıb.



metbuat.az.