METBUAT.AZ

Hadisə

Elşən Xəzərə

6 Fevral 2024 14:16

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunun 7-ci Əhmədli küçəsindəki fərdi yaşayış evində baş verib. 2005-ci il təvəllüdlü Məmmədli Hacıbala Elman oğlu hamam otağında olarkən qazdan zəhərlənərək həyatını itirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən gənc meyxanaçı Elşən Xəzərin dayısı oğludur.


metbuat.az.