7 Fevral 2024 17:34
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Metbuat.az bildirir ki, hər bir vətəndaş kimi respublikanın ən yaşlı sakini - 104 yaşlı Fərrux Səməd oğlu Hacıyev də səsvermədə iştirak edib. O, 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsininin 11 saylı seçki məntəqəsində səs verib. Yaşı ilə əlaqədar məntəqədən ona daşınan qutu gətirilib.
Səs verən Fərrux Hacıyev - “Heydər babamızın oğlu İlhama səs verirəm”, - deyə qeyd edib.
Ölkənin ən yaşlı sakini də səsvermədə iştirak edib. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb. İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb. Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub.