METBUAT.AZ

Dünya

​Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edib

13 Fevral 2024 15:41

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gəlib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan BƏƏ prezidenti Mohammed bin Zayed Al Nahyan ilə ikitərəfli görüş keçirib.

Prezident Ərdoğanı Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin iqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari, Türkiyənin Əbu-Dabidəki səfiri Tuqay Tunçer, Dubayın baş konsulu Onur Şaylan və digər rəsmi şəxslər qarşılayıblar.

Görüşdə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi və iqtisadi əlaqələr, regional və qlobal problemlər, İsrailin Fələstin torpaqlarına davam edən hücumları müzakirə edilib.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.