13 Fevral 2024 10:00
Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb. Hadisə fevralın 12-si saat 13:37 radələrində baş verib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Mövzu ilə bağlı Metbuat.az-a danışan ehtiyatda olan Polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ermənilərin bu hərəkəti onların dünən günorta saatlarında Azərbaycan ordusuna, bizim sərhəd xidmətinə qarşı həyata keçirdiyi təxribat, bundan sonra baş verə biləcək legitim təxribatların qarşısını almaq məqsədi ilə həyata keçirilib.
"Təxribat ediblər və cavabın alıblar. Yəni bunun geniş miqyasda baş verəcəyini düşünmürəm. Çünki bu Ermənistan tərəfindən məqsədyönlü şəkildə həyata keçirilib. Və cavabıda alınıb. Mən hesab edirəm ki, bundan sonra Ermənistan edə biləcəyi təxribatlar haqqında düşünməlidir. Sonra isə qərar verməlidir. Biz bu cür təxribatları cavabsız saxlasaq bunun davamı gələcək. Ona görədə bunun davamının gəlməməsi üçün, ermənilərə yerini göstərmək lazım idi və göstərilir"
Seyranə Quliyeva / Metbuat.az