METBUAT.AZ

Dünya

Ermənistan hökumətinin Qərblə hərbi tərəfdaşlığı uzun sürməyəcək

1 Fevral 2024 09:13

"Qərbin Ermənistanla bağlı əsas məqsədi Cənubi Qafqazda möhkəmlənmək və Rusiya ilə İran arasında qərbin maraqlarına xidmət edən yeni bufer bölgənin yaradılmasına nail olmaqdır".

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bilidirib.

Ekspert vurğulayıb ki, məqsəd İranla, həmçinin əksər ölkələrlə normal münasibətdə olan, xüsusilə Rusiya ilə münasibətlərinin strateji müttəfiq səviyyəsinə çıxdığı Azərbaycana təzyiq etməkdir: "Elə Azərbaycana siyasi təzyiqlərin artması da hesab edirəm ki, bununla bağlıdır. Məqsəd diqqəti yayındırmaq və Ermənistanın silahlandırılması ilə bağlı işləri daha da sürətləndirməkdir. Hindistana gəldikdə isə Hindistan sadəcə olaraq bölgədə yeni oyunçudur. Onun məqsədi əslində Cənubi Qafqazda öz biznes maraqlarını, sonra isə siyasi maraqlarını reallaşdırmaqdır. Hindistan SSRİ-dən aldığı müdafiə texnologiya məhsullarını yeniləyib və dünya bazarına çıxmağa nail olub”.

Ramil Məmmədli deyib ki, ABŞ, Fransa ordusunun mütəxəssisləri də müşahidəçi və müşavir qismində Ermənistanda fəaliyyət göstərir: “Onlar bu istiqamətdə Ermənistana müəyyən dəstəyi göstərirlər. Bir sözlə, bu gün NATO, Amerika və onun müttəfiqləri olan ölkələr hərbi sahədə Ermənistanla bağlı bir sıra addımlar atır. Hesab edirəm ki, Azərbaycandan başqa, Rusiyanında bu məsələlərə olan mövqeyi sərtdir və Ermənistan hökumətinin Qərblə hərbi tərəfdaşlığı uzun sürməyəcək”.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.