14 Fevral 2024 12:19
“Onlar bir dəfə elan etdilər ki, mina xəritələrini verirlər, amma sonradan məlum oldu ki, həmin məlumatların heç 25 faizi də doğru deyil. Bu məsələ Azərbaycan üçün çox vacibdir, çünki azad olunmuş torpaqlarımızda bizim vətəndaşlar minaya düşüb xəsarət alır, həyatlarını itirirlər. Mina xəritələrini bilmədən ərazidə hərəkət etmək, hər hansı bərpa işləri ilə məşğul olmaq çox çətindir. Məhz bu amillərə görə də Azərbaycan bu işin üzərində dayanıb, təkid edir”.
Siyasətçi xatırlatdı ki, münaqişənin ilk dövrlərində ərazimizdə yerləşən SSRİ-nin, daha sonra Rusiyanın hərbi qüvvələrində müəyyən mina xəritələrinin olması mümkün görünür:
“Həmin dövrlərdə Ermənistan Rusiyanın nəzarəti altında idi. Düşünmürəm ki, Ermənistan hərbi mütəxəssislərinin minaları yerləşdirmək, onların xəritələrini çəkməklə bağlı peşəkar səviyyədə bacarıqları olsun. Böyük ehtimalla o minaların xəritələrin tərtib olunmasında rusiyalı mütəxəssilərin iştirakı olub. Azərbaycan Rusiya Müdafiə Nazirliyinə, Rusiyanın siyasi rəhbərliyinə bu məsələ ilə bağlı müraciət edə bilər.Həmin xəritələrin surətləri böyük ehtimalla Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında saxlanılır.Əgər bu istiqamətdə müsbət irəliləyişlər olmasa Azərbaycanın mina təmizlənməsi işləri uzun illər davam edə bilər. Nəticədə, itkilərimiz də çox olacaq”.
Bu istiqamətdə istər XİN, istərsə də Azərbaycan Diaspor Komitəsi tərəfindən atılan addımları yada salan Akif Nağı qeyd edib ki, Azərbaycan höküməti Ermənistandan mina xəritələrinin alınması üçün beynəlxalq qurumların təzyiqinin artırılmasına nail olmalıdır:
“Azərbaycanın daxilində qeyri-hökumət təşkilatları bu istiqamətdə müəyyən toplantılar, aksiyalar keçirməlidirlər. Azərbaycanda akkreditə olunmuş səfirlikləri, digər beynəlxalq təşkilatların, regional təşkilatların nümayəndələri də diqqətini bu məsələyə yönəltməlidirlər”,- sitatın sonu.
Gülbəniz Hüseynli / Metbuat.az