METBUAT.AZ

Siyasət

"Ermənistanln təcavüzkar siyasətinə qarşı 3+3 formatı gerçəkləşməlidir" -

7 Fevral 2024 10:51

“Azərbaycan Ermənistan sülh müqaviləsindən sonra altı region arasında böyük sülh sazişi imzalanmalıdır. Bu, Ermənistanın təcavüzkar siyasətinə qarşı güclü bir müdafiə olacaqdır”.

Metbuat.az–ın məlumatına görə, bu fikirləri politoloq Sahil İsgəndərov deyib. O qeyd edib ki, “3+3” formatında kollektiv sülh müqaviləsinin imzalanması regionda böyük dövlətlərin geosiyasi qarşıdurmasının qarşısını ala bilər.

Politoloq İlyas Hüseynov isə bildirib ki, bu müqaviləyə Avropadan da dövlətlər qoşula bilər.

“Məsələn, Macarıstanın çox fərqli siyasi təcrübələri var. Biz bu ölkəni də bu sülh müqaviləsinə dəvət edə bilərik. Hesab edirəm ki, Azərbaycan- Ermənistan sülh müqaviləsi nüvəsindəbir neçə dövlətin qoşulması ilə birlikdə böyük bir sülh müqaviləsi imzalanmanarsa bu regionda təhlükəsizliyə daha böyük töhfə verəcəkdir”.


metbuat.az.