METBUAT.AZ

Gündəm

Əsgərlərə 20 günlük məzuniyyət verilsin -

29 Fevral 2024 11:15

Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir.

Metbuat.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən 10 günlük məzuniyyətin artırılması, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.


metbuat.az.