19 Fevral 2024 12:00
“İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun forması təsdiq edilib.
Bu barədə Metbuat.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA ev heyvanlarına baytarlıq pasportlarının verilməsini təmin edəcək və müvafiq pasport verilmiş heyvanların uçotunu həyata keçirəcək. Ancaq beynəlxalq standartlara uyğun olaraq xarici ölkələrə məxsus baytarlıq pasportları olan it, pişik və digər ev heyvanlarının xarici ölkəyə aparılması zamanı isə baytarlıq pasportu tələb olunmayacaq.
“Dövlət rüsumu haqqında” qanuna əsasən, baytarlıq pasportunun verilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün 20 manat məbləğində dövlət rüsumu müəyyənləşib.