METBUAT.AZ

Dünya

Fələstin höküməti istefa verdi

26 Fevral 2024 12:54

Fələstin Baş naziri hökumətin istefasını Prezident Mahmud Abbasa təqdim edib.

Metbuat.az WAFA agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Mohammed Ştayyeh mətbuat konfransında bildirib.

Mohammed Ştayyeh 2019-cu ildən Fələstinin Baş naziridir. O hakim Fəth partiyasının mərkəzi komitəsinin üzvüdür.

Bildirilir ki, növbəti addım HƏMAS hərəkatı da daxil olmaqla, yeni hökumətin formalaşmasına qədər bütün Fələstin qruplarının iştirakı ilə milli konsensusa nail olmaq olacaq.


metbuat.az.