24 Fevral 2024 09:11
Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöldə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Metbuat.az xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Göygöl rayonununda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ilə “QAZ” markalı yük avtomobili toqquşub, 1 nəfər “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.