2 Fevral 2024 11:32
1 fevral 2024-cü il tarixinə kimi ölkə ərazisini əhatə etməklə təbii qazın sutkalıq qəbulu43 milyon 441 min kub metr təşkil edib.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
"Bakı və Abşeron yarmadası üzrə 25 milyon 644 min kubmetr, regionlar üzrə isə 17 milyon 497 min kubmetr təşkil edib. Sutka üzrə ümumi qəbulun 59 faizi Bakı və Abşeron yarmadasının, 41 faizi isə regionların payına düşüb. Yanvar ayı üzrə qəbulun payı isə 1 milyard 288 milyon 633 min kubmetr qaz qəbul edib.
Sutkalıq ən çox qəbul isə 24 yanvar 2024-cü il tarixində qeydə alınıb. Bu rəqəm 47 milyon 376 min kubmetr təşkil edib".