2 Fevral 2024 11:43
“Əgər qaz xəttlərində subyektiv səbəblərdən hər hansı bir problem baş verərsə, qaz kəməri zədə görərsə bu zaman qazın verilişin dayandırılmalıdır”.
Metbuat. az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 0 Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
““Azəriqaz” İstehsalat Birliyinin missiyası əhalini ətraf mühitə ziyan vurmadan təhlükəsiz formada abonentlərin mənzillərini qaz verilişi ilə təmin etməkdir. Amma bəzi hallarda qaz təsərüfatında yaranmış problemlərə görə, qaz təchizatının dayandırılması zəruridir. Çünki təzyiq altında o işlərin görülməsi mümkün olmur. Qaz xəttlərində digər kiçik məsələlərin həlli zamanı isə biz qaz təchizatını dayandırmadan bu işləri görə bilirik”