METBUAT.AZ

Ölkə

General vəzifəsindən

26 Fevral 2024 11:27

Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, Ragim Lətifov 18 avqust 2006-cı ildə fövqəladə hallar nazirinin maliyyə məsələləri üzrə müavini təyin edilib.

General-leytenant 23.05.1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə fövqəladə hallar nazirinin daha 4 müavini vəzifələrindən azad ediləcək.

Məsələ ilə bağlı FHN-in mətbuat katibi Gülçin Mehtiyeva ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Bununla bağlı onun "WhatsApp" ünvanına sorğu da göndərilib.

Xatırladaq ki, ötən həftə general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini təyin edilib.


metbuat.az.