14 Fevral 2024 14:44
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovun kassasiya şikayətinə baxılıb.
Metbuat.az-ın məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar elan olunub.
Qərara əsasən, general N.Şirinovun cəzası 6 ildən 4 il 6 aya endirilib.
Qeyd edək ki, N.Şirinov mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Apellyasiya Məhkəməsinin qərarı ilə yekun olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Metbuat.az