29 Fevral 2024 14:40
"Berlin görüşü bu vaxta qədər olan görüşlərdən fərqli məkanda keçirilir və Berlin nə qədər sadəcə coğrafi məkan səciyyəsi daşısa da müəyyən mülahizələr səsləndirməyə əsas verir".
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Əlimusa İbarahimov
Politoloq bildirb ki, bu görüş Makron və Fransa kolgəsinin müzakirələrin üzərindən götürülməsi deməkdir.
"Heç Şarl Mişelin də müdaxiləsi olmayacaq. Deməli, görüş Azərbaycanın təklif etfiyi kimi ikitərəfli formatda keçirilir. Belə ki, Azərbaycan tərəfi bu görüşdə daha inamlıdır və nəticə olacağına ümid etmək olar. Dəqiq məlumatlar mətbuat konfransından sonra ortaya çıxa bilər. Amma görüşdən sonra yeni görüşlər barədə tarix verilərsə artıq bu nəticə deməkdir".
Seyranə Quliyeva / Metbuat.az