8 Fevral 2024 09:34
Göyçayda 7 yaşlı epilepsiya xəstəsi ölüb.
Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Bığır kəndində baş verib.
2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən Cəlilli Vasif Anar oğlu evlərində yıxılaraq baş nayihəsindən xəsarət alıb. Azyaşlı şok vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Metbuat.az