METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ

24 Fevral 2024 12:01

Bir müddət öncə -14 fevral tarixində boşanan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızından sonra oğlu da nikahını pozmaq haqqında qərar verib.

Metbuat.az-ın məlumatına görə, millət vəkilinin oğlu Cəmil Rüstəmxanlı arvadı Günel Rüstəmxanlı ilə nikahlarının pozulması üçün iddia qaldırıb. Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadə baxdığı işin iclası fevralın 26-na təyin edilib.

12 il öncə ailə həyatı quran cütlüyün toyu mediada geniş rezonans yaratmışdı.

Xatırladaq ki, Günel Rüstəmxanlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızıdır.


metbuat.az.