METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ 2

9 Fevral 2024 11:15

“İstehlakçılar istismar müddəti bitmiş qar cihazlarını özləri də müəyyən edə bilərlər. Belə qurğuların üzərində adətən yanma izləri olur. Kənarlarında sağ və sol hissələrində yanmalar olur. Əgər belə bir şeyi aşkar edikursı bu artıq istehlakçı üçün sos vəziyyəti sayılır”.

Bu fikirləri Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib. O qeyd edib ki,həmin cihazlar mütləq dəyişdirilməlidir.

“Yanvar və fevral ayında baş verən dəm qazından baş verən hadisələrdə 8 hadisənin analizində biz gördük ki, tüstü baca anlayışı yoxdur.

“Biz müəyyən etdik ki, bəzi həyət evlərində vanna otağında ölçü normativlərə uyğun olsa da cihazlar qeyri-mütəxəssislər tərəfindən qurulub. Tüstü bacası isə bacaya aidiyyatı olmayan bir yerdən çıxarılıb. Bu artıq tüstü bacası deyil. İstehlakçılar bundan xəbərsiz olurlar. Ümumiyyətlə, həyət evlərində tüstü bacası anlayışı barədə məlumatı olan yoxdur”.


metbuat.az.