21 Fevral 2024 15:19
“Adi bir qızdırma zamanı apteklərdən antibiotik alıb istifadə edirlər. Əgər ağırlaşma baş verməyibsə, antibiotik qəbuluna icazə yoxdur”.
Metbuat.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
“Qripə yoluxan insanın antibiotik qəbulu ziyanı çoxdur. Bakterial infeksiya yoxdursa antibiotik qəbulu əks-göstərişdir. Digər ağırlaşmalar zamanı antibiotiklərin qəbulu həkim məsləhəti ilə qəbul edilməlidir”.
İnfeksionist qeyd edib ki, mütəmadi olaraq antibiotik qəbulu orqanizmin bakteriyalara qarşı müqavimətini azalda bilər.