METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ 4

21 Fevral 2024 15:29

Son vaxtlarda uşaqlarda ürəkbulanma, qusma, qarın ağrı kimi narahatlıqlar müşahidə edilir.

Bu barədə danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, belə infeksiyaların gedişatında həm kataral, həm mədə-bağırsaq əlamətləri ola bilər.

“Bu əlamətlər müşahidə edilərsə həkim tərəfindən araşdırılıb düzgün diaqnoz qoyulmalıdır.

Ümumiyyətlə, qrip imuniteti zəif olan insanlar üçün ağır xəstəlikdir. Uşaqlar bu xəstəlikdə risk qrupu təşkil edirlər. Əgər yoluxma varsa profilaktik tədbirlərə başlamaq lazımdır. Peyvəndlər bu istiqamətdə müsbət nəticələr əldə olunmasına şərait yaradır”.


metbuat.az.