20 Fevral 2024 12:37
“Sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin IX sinif şagirdi olan qıza qarşı uyğunsuz və qeyri-etik davranış edilən zaman həmin videonu çəkən şəxslər də cinayət məhsuliyyətinə cəlb olunacaqlar”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova edib.
Hüquqşünas qeyd edib ki, ekspertiza təyin olunub, hüquq mühafizə orqanları artıq bu işləri araşdırıb qanunvericiliyə uyğun lazımı tədbirlər görəcəklər.