2 Fevral 2024 11:12
“2023-cü ildə Birliyin Şikayətlərin araşdırılması şöbəsinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlar vasitəsi ilə 12 min 715 müraciət daxil olub”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı"Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev edib.
“Bunun 5461-i “Opendeks” proqramı vasitəsi ilə olub. Bu rəqəm 2022-ci illə ilə müqayisədə 1027 şikayət azdır. Elektron qaydada isə 7254 müraciət daxil olub”.