METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ1

6 Fevral 2024 16:36

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aliment verməyən atalar məsələsi ilə bağlı əvvəl Ədliyyə nazirliyinə yönləndirirdilərsə indi bu problemin həll olunması üçün yerlərdəki icra hakimiyyətinə də sorğu göndərir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ) sədr müavini Sədaqət Qəhrəmanova bildirib. O qeyd edib ki, ataların övladlarına qarşı etdikləri iqtisadi zorakılıq sayılır.

“Valideynlər bilməlidir ki, onlar boşana bilərlər, amma dost olub ailəni yönəldə, uşaqlara düzgün tərbiyyə də verməyi bacarmalıdırlar.Komitə sırf bu məsələdən irəli gələn problemlərlə əlaqədar yerlərdə tez-tez seminarlar keçirib maarifləndirmə tədbirlərini həyata keçirir”


metbuat.az.