METBUAT.AZ

Siyasət

GUAM-ın müşahidə missiyası

2 Fevral 2024 11:16

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə etmək üçün fevralın 6-da tam tərkibdə Bakıya gələcək.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, altı nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Təmirov daxildir.

Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.


metbuat.az.