16 Fevral 2024 00:28
Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq!
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” səhifəsində bildirib.
“Mariya Stadnik 10-cu dəfə Avropa çempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı. Təbriklər, Mariya! Təbriklər, Alyona! Təbriklər, Azərbaycan güləşi!”, - paylaşımda qeyd edilib.