10 Fevral 2024 00:24
Fevralın 9-da Günəşdə ən yüksək dərəcəli güclü partlayış qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.
“Fevralın 9-da 3576 (S14E10) günəş ləkələri qrupunda rentgen diapazonunda HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunan və 38 dəqiqə davam edən X3.3 partayışı qeydə alınıb”, - məlumatda deyilir.
Hazırda günəş rentgen şüalarının Yerin ionosfer qatına təsiri, kosmik hava məlumatlarına görə, R3 (güclü) səviyyəsindədir. Belə təsirin ən yüksəyi R5-dir (ekstremal səviyyə).