METBUAT.AZ

Dünya

Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşdü

22 Fevral 2024 19:53

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rio-de-Janeyroda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib. Qeyd edək ki, görüş Braziliyada G20 ölkələrinin XİN başçılarının görüşü çərçivəsində baş tutub.


metbuat.az.