METBUAT.AZ

Sosial

Həkimlər pulu alıb sağlam olmayan şəxsə sağlamlıq arayışı verirlər

23 Fevral 2024 15:51

"Qoyulan qaydalara əməl etməyən şəxslər taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcəkl. Çünki dövlət qurumlarınında əsas hədəfi budur ki, bu sahədə qayda qanun yaransın. Təbbi ki, qanunu pozan, qanuna əməl etməyən insan bu sahədə də heç bir iş görə bilməyəcək".

Bu sözləri Mətbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, qanunlar bu sahədə nizam intizam yaratmaq üçün tətbiq olunub.

"Qanunların tətbiq olunması kiminsə marağı yaxud düşüncəsi üçün deyil. Qaydalar kifayət qədər mükəmməl yazılıb. Burda hər hansısa bir maraq yoxdur. Maraq yalnız dövlətin qoyduğu qaydaların bərqərar olmasıdır. Buna uyğunda hər bir şəxs öz işini qurmalıdır. Buna uyğun davranmalıdır. Heç kəs düşünməsin ki, ona hansısa bir formada güzəşt olacaq və yaxud da nəsə üstünlük hüququ əldə edəcək".

Ekspert qeyd edib ki, hazırlıq keçib sertifikat almaq lazımdır. Həmçinin Elməddin Muradlı sağlamlıq haqqında arayışında mütləq qaydasında olmasını vurğulayıb.

"Sağlamlıq haqqında arayış mütləq qaydasında olmalıdır. Bunun üçün düşünürəm ki, poliklinikalara da nəzarət etmək lazımdır. Bəzən həkimlər neqativ hallara yol verir. Pulu alıb sağlam olmayan şəxsə sağlamlıq arayışı verirlər. Biz də bunun neqativ nəticələrini görmüşük. Ən azından sonuncu dəfə 5 nəfəri öldürən Əhmədin timsalında gördük ki, rüşvət alaraq sağlamlıq arayışı verdikləri şəxs sonradan nələr törədir. Ona görə bu sahədə nəzarət elə burdan başlanılmalıdır. Sağlam olmayan insana sağlamlıq haqqında arayış verilməməlidir".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.