8 Fevral 2024 11:09
"Mərkəzi Seçki Komissiyasının məlumatlarını gördük, çox yüksək seçici fəallığı var idi. Mən seçki məntəqələrində partiyaların müşahidəçiləri, namizədlər, seçki komissiyasının üzvləri ilə danışa bildim. Hər yerdə bütün prosedurlara əməl olunurdu. Heç bir qanun pozuntusu görmədik".
Metbuat.az bildirir ki, bu sözləri mətbuat konfransında Qazaxıstan parlamentinin deputatı, beynəlxalq müşahidəçi Aydos Sarım deyib. O qeyd edib ki, bütün məntəqələrdə növbə yaranmışdı:
"Yəni seçicilər çox böyük həvəslə seçki məntəqələrinə gəlirdilər. Bu seçkilərin tarixi əhəmiyyəti var. Mən bir daha Azərbaycan xalqını seçiminə görə təbrik edirəm”.