METBUAT.AZ

Dünya

Hizbullah İsrail mövqelərinə qarşı 24 saat ərzində 9 hücum təşkil edib

7 Fevral 2024 09:13

Hizbullah son 24 saat ərzində İsrail mövqelərinə 9 hücum təskil edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hizbullah gün ərzində İsrail ordusuna qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Açıqlamada Beyt Hellaldakı 769-cu hərbi komandanlıq mərkəzi, Merc mövqeyi, Ramim qəsəbəsi və Cəl əl Alem mövqelərinin də “Fələk-1” raketi və artilleriya atəşi ilə hədəf alındığı, bəzi hədəflərin vurulduğu bildirilib.

İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurmalarda 181 Hizbullah üzvü, 6 Əməl Hərəkatı üzvü, 1 Livan əsgəri, 30 Livanlı mülki şəxs, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.