METBUAT.AZ

Ölkə

İlham Əliyev Xankəndində səs verməklə yeni bir tarix yazdı

8 Fevral 2024 09:26

"Prezident İlham Əliyev Xankəndində səs verməklə yeni bir tarix yazdı. Çünki, bu günü xalqımız 33 ildir gözləyirdi. Dövlət başçımızın rəhbərliyi altında xalqımız dünya üçün mümkünsüz görünən məsələni mümkün etdi."

Bu sözləri deputat Azər Badamov Metbuat.az-a açıqlamasında bildirib.

"Cənab İlham Əliyev məhz Xankəndində səs verməklə zəfərimizi həzm edə bilməyənlərə bir mesaj göndərmiş oldu. Bəli, biz ərazilərimizi işğalçılardan azad etməklə həmin ərazilərdə də demokratik dövlət quruluşunu bərpa etmiş olduq".

Deputat qeyd edib ki. Bu gün keçirilən seçkilər ölkəmizin bütün suverən ərazilərini əhatə etdi.

"Bu, həm də böyük xoşbəxtlikdir. Bu gün bütöv Azərbaycan öz dövlət başçısını seçdi. Xalq Azərbaycanın gələcəyinə səs vermiş oldu".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.