METBUAT.AZ

Gündəm

İrəvan silahları işə salmaq istəyir -

13 Fevral 2024 11:24

"Görünən odur ki, son zamanlar Ermənistan bir sıra ölkələrin - Fransa və Hindistanın dəstəyini hiss edərək, onlarla hərbi texniki əməkdaşlıq məsələsində münasibətlərin qurulmasından ruhlanaraq Azərbaycana nümayiş etdirmək istəyir ki, onlar güclü bir dövlətdir".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, Ermənistan müharibədə uduzub torpaqlarımızdan qaçsa da, göstərmək istəyir ki, guya öz mövqelərini, öz maraqlarını müdafiə etməyə qadir bir dövlətdir: "Bu, əlbəttə absurd bir yanaşmadır. Çünki bizim kifayət qədər hərbi potensialımız var və biz 10 qat artıq cavablarını veririk.

Amma biz istəmirik ki, müharibə yenidən alovlansın. Çünki torpaqlarımızı azad etmişik. Bizim əsas məqsədimiz dinc yolla münasibətlərimizin normallaşmasıdır və bu regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı addımlarımızı atmaqdır. Əgər onlar bunu dərk etmirlərsə, əlbəttə cavablarını alacaqlar".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.