METBUAT.AZ

Dünya

İsrail atəşkəs üçün qapıları bağladı -

8 Fevral 2024 17:20

ABŞ dövlət katibi Antoni Blinkenin Yaxın Şərq səfərindən əliboş qayıtması dünya mətbuatında əks-səda doğurub.

Metbuat.az xəbər verib ki, “Associated Press”də bu barədə dərc edilən təhlildə bildirilib ki, Blinken İsrailin baş naziri Benyamin Netanyahudan şapalaq kimi cavab aldıqdan sonra Vaşinqtona qayıdıb. Təhlilə görə, Blinken İsrail tamamilə qalib gələnə qədər müharibənin davam edəcəyini deyib. Məqalədə yazılıb ki, Netanyahu açıqlamasında bildirib ki, o ABŞ və digər (Qərb) ölkələrinin narahatlığına məhəl qoymur. Eyni zamanda Netanyahu bir milyondan çox fələstinlinin qaçdığı Misir sərhədində, Qəzzanın cənubundakı Rəfah rayonuna qarşı hərbi əməliyyatlarını genişləndirəcəklərini açıqlayıb.

Qeyd edək ki, bir müddətdir İsrailin ən böyük dəstəkçisi və müttəfiqi olan ABŞ ilə münasibətlər gərgindir.


metbuat.az.