19 Fevral 2024 14:46
İsrail Braziliya lideri Lula da Silvanı “persona non-qrata” elan edib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri deyib.
Nazir bunun Braziliya liderinin Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etdiyi üçün atıldığını bildirib.
Qeyd edək ki, Braziliya prezidenti bir müddət əvvəl Qəzza zolağında baş verənlərin soyqırımı olduğunu və bunu Hitlerin yəhudilərə qarşı vəhşiliyi ilə müqayisə edib.
Seyranə Quliyeva / Metbuat.az