METBUAT.AZ

Dünya

İsrail Rəfahda əməliyyat keçirdi, 2 girovu azad etdi

12 Fevral 2024 11:41

İsrailin Rəfaha intensiv hava hücumu nəticəsində 37 nəfər həlak olub və 2 israilli əsir xilas edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

İsrail ordusunun verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF), İsrailin yerli Şin Bet təhlükəsizlik xidməti və Rəfahdakı Xüsusi Polis Bölməsinin birgə əməliyyatı nəticəsində 60 yaşlı Fernando Simon Marman və 70 yaşlı Louis Hare azad edilib.

60 yaşlı Fernando Marman və 70 yaşlı Luis Harr adlı İsrail vətəndaşları isə azad edilərək ölkəsinə qaytarılıb.

Hərbçilərin bildirdiyinə görə, iki nəfər HƏMAS tərəfindən oktyabrın 7-də Kibbutz Nir Yitzhakdan qaçırılıb.

Sakinlərin sözlərinə görə, zərbələrdə İsrail təyyarələri, tankları və gəmiləri iştirak edib, iki məscid və bir neçə ev vurulub.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.