METBUAT.AZ

Dünya

​İstanbulda məhkəmə binasında atışma olub

6 Fevral 2024 13:58

İstanbulda məhkəmə binasında atışma olub. Metbuat.az türk mediasına istinadən xəbər verir ki, polislərə hücum edən 2 silahlı öldürülüb, 5 nəfər yaralanıb. Yaralılardan 3-ü polisdir. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölkənin Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib. O, öldürülən silahlı şəxslərdən birinin qadın, birinin kişi olduğunu söyləyib.


metbuat.az.