8 Fevral 2024 18:31
Azərbaycanın İstanbuldakı baş konsulluğunun əhatə dairəsi üzrə Türkiyədəki vətəndaşlarımızın 94,63 faizi növbədənkənar prezident seçkilərində iştirak edib.
Metbuat.az xəbər verir ki, bu barədə baş konsulluqdan seçkinin yekunlarına dair yayımlanan açıqlamada bildirilib.
Xatırladaq ki, Azərbaycandan sonra ən çox seçicinin olduğu Türkiyədə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı 5 seçki məntəqəsi fəaliyyət göstərib.