1 Fevral 2024 23:04
Küçədə insanları narahat edən tiktoker "Jalilov"un atası Nihad Cəlilov hər kəsdən üzr istəyib.
Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, son zamanlar övladının etdiyi əməllərin ailəsini sarsıtdığını söyləyib.
N.Cəlilov övladının hazırda tibb müəssisəsində müalicə olunduğunu bildirib.
O, oğlunun etdiklərinə görə Azərbaycan xalqından üzr istəyib.
Qeyd edək ki, "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin atası Nihat Cəlilov biznes fəaliyyəti ilə məşğuldur.
Xatırladaq ki, son günlər küçədə və ictimai nəqliyyatda insanları narahat edən yeniyetmənin paylaşdığı videolar sosial şəbəkələrin gündəminə çevrilib. "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin öz iştirakı ilə lentə aldığı görüntülər müzakiərələ səbəb olub. Belə ki, küçədə gedən yaşlı qadını qucağına götürərək videosunu paylaşan şəxsin hərəkətləri birmənalı qarşılanmayıb. Daha sonra yeniyetmə xəstəxanaya yerləşdirilib.