21 Fevral 2024 11:33
Kamil Zeynallı dünən Moskvadan Bakıya qayıdarkən hava limanında saxlanılmasının səbəbləri məlum olub.
Metbuat.az erməni KİV-inə istinadən xəbər verir ki, onun Ermənistan tərəfindən axtarışa verilməsinin səbəbi sosial şəbəkələrdə görüntülərin yayılmasıdır. K.Zeynallı guya 2020-ciilVətən müharibəsində döyüşüb və erməni qocanı qətlə yetirib.
Ermənistantərəfi bu iddia ilə Kamil Zeynallının saxlanılması barəsdə axtarış elan edib.
Xatırladaq ki, K. Zeynallı dünən Moskvadan Bakıya qayıdarkən “Domodedovo” hava limanında həbs edilib.