1 Fevral 2024 17:09
"Rusiya Ermənistanın BCM-yə qoşulmasının ikitərəfli əlaqələrə mənfi təsir göstərməsini istəmir. Bu, ümumilikdə Ermənistanın suveren hüququdur"
Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutu fevralın 1-dən Ermənistan üçün rəsmən qüvvəyə minib.
Ermənistan parlamenti 2023-cü ilin oktyabrında Roma Statutunu ratifikasiya edib.
Qeyd edək ki, bugündən Ermənistan rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə üzv olub.
Seyranə Quliyeva / Metbuat.az