9 Fevral 2024 14:12
Kürdəmirdə anası və iki həmkəndlisini bıçaqlayan şəxs narkotik aludəçisi olub.
Metbuat.az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən İlham Alıyev ailəsindən ayrılıbmış: “O narkotik təsiri altında evinə gəlib anasından pul istəyib. Anası pul vermədiyi üçün İ. Alıyev onu bıçaqlayıb. Qadının qışqırığına gələn qonşusu Vüqar Məmmədov İ. Alıyevi sakitləşdirmək istəsə də, alınmayıb. Nəticədə İ. Alıyev anasını qətlə yetirib, V. Məmmədovu isə ağır bıçaqlayıb”.
Məlumatda bildirilir ki, hadisədən sonra İ. Alıyev əsəbi halda küçəyə çıxıb kəndin başqa istiqamətinə doğru hərəkət edərkən yolda həmkəndlisi Famil Şükürovla rastlaşıb. F. Şükürov İ. Alıyevin əlində bıçağı və üst-başını qanlı görüb ondan hadisənin təfərrüatını soruşub. Bu zaman qəzəblənən İ. Alıyev Famil Şükürovu da çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İ. Alıyev kənd ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Metbuat.az