METBUAT.AZ

Siyasət

Makronun təhdid etdiyi erməni jurnalist AzTV-yə danışdı -

28 Fevral 2024 23:25

Azərbaycan Televiziyasının (AzTV) “Siyasətin kvazimodosu” adlanan sənədli filmində Parisdə yaşayan erməni jurnalist Leo Nikolyan Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı ilə əlaqələrindən danışıb.

Metbuat.az xəbər verir ki, erməni jurnalist Makronun onu erməni terror təşkilatlarının rəhbərlərilə hədələdiyini vurğulayıb.

Leo Nikolyan küçədə gördüyü Fransa prezidentini tənqid etdiyi üçün təqib edildiyini, 52 saat təcridxanada olduqdan sonra bir müddət Fransanı tərk edib Dubayda və İstanbulda yaşadığını bildirib.


metbuat.az.