METBUAT.AZ

İqtisadiyyat

Martda dollarla bağlı hansı qərar veriləcək?

8 Fevral 2024 17:08

“Əgər iqtisadiyyat gözləntiləri doğruldursa, FED bu il faiz dərəcələrini endirə bilər”.

Metbuat.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Boston Fed-in prezidenti Susan Kollins deyib. Kollins faiz dərəcəsinin azaldılması üçün heç bir tarix verməyib. Onun qənaətinə görə, FED faiz dərəcəsi hədəfinin yumşaldılmasını dəstəkləməzdən əvvəl inflyasiyanın 2 faizlik hədəfə doğru irəlilədiyinə dair daha çox sübut görmək istəyir.

Qeyd edək ki, FED-in növbəti iclası mart ayında baş tutacaq.

Metbuat.az


metbuat.az.