28 Fevral 2024 14:44
Astroloqlar martın əvvəlində maddi cəhətdən güclənəcək bürcləri sıralayıblar.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, astroloqlar əsasən üç bürcün gələn ayın əvvəlində müəyyən maliyyə əldə edəcəklərini düşünürlər.
Buğa bürcləri - martın əvvəlində üzərində çalışdığınız layihələrin təqdimatı üçün uğurlu zamandır. Maliyyə çətinliklərinizi aradan qaldırmaq üçün fürsət olacaq.
Şir bürcü - yeni ayın əvvəlində pul qazanmaq üçün yaxşı şanslarınız var. Risk etməkdən çəkinməyin, planlı hərəkət edərək maddi durumunuzu yaxşılaşdıra bilərsiniz.
Balıqlar - çoxdandır xəyalını qurduğunuz yüksək məbləğlərə qovuşa bilərsiniz. Bunun üçün məsuliyyətli və qərarlı iş həyatına davam edin, ani səhvlər hər şeyi məhv edə bilər.
Əqrəb bürcü - şəxsi məsələlərinizin iş həyatına mənfi təsir etməsinə icazə verməyin. Karyera yüksəlişi yaşana bilər. Maliyyə məsələlərində uzun müddət sonra üzünüz güləcək.